Bundesliqa: “Verder” “Herta”nı məğlub yola saldı

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 12-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Verder” doğma meydanda “Herta” ilə üz-üzə gəlib. Meydan sahibləri bu görüşdən minimal hesabla qalib gəliblər.

12-ci turun oyunları qarşıdakı günlərdə keçiriləcək.

Almaniya Bundesliqası
12-ci tur
28 oktyabr

Verder – Herta 1:0
Qol: Fullkruq, 85.

29 oktyabr

17:30. Bayern – Maynts
17:30. Leypsiq – Bayer
17:30. Ştutqart – Auqsburq
17:30. Volfsburq – Bohum
20:30. Ayntraxt – Borussiya (Dortmund)

30 oktyabr

18:30. Union Berlin – Borussiya (Mönhenqladbax)
20:30. Şalke – Frayburq
22:30. Köln – Hoffenhaym

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: