Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünə start verilib.
Arena.az xəbər verir ki, mövsümün və ilk turun açılış matçında son çempion “Bayern” səfərdə “Verder”lə üz-üzə gəlib.
Münhen təmsilçisi bu oyunda 4 cavabsız qolla qalib gəlib. Almaniya nəhənginin bu yay 100 milyon avro qarşılığında heyətinə qatdığı ingilis hücumçu Harri Keyn isə Bundesliqadakı debüt matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Almaniya, Bundesliqa
1-ci tur
18 avqust
Verder – Bayern 0:4
Qollar: Sane, 4; 90. Keyn, 74. Tel, 90+4.
19 avqust
17:30. Auqsburq – Borussiya (Mönhenqladbah)
17:30. Bayer – Leypsiq
17:30. Hoffenhaym – Frayburq
17:30. Ştutqart – Bohum
17:30. Volfsburq – Haydenhaym
20:30. Borussiya (Dortmund) – Köln
20 avqust
17:30. Union Berlin – Maynts
19:30. Ayntraxt – Darmştadt


