Çağlar Söyüncü “Atletiko”nu birdəfəlik “Fənərbaxça”ya dəyişdi

Ötən mövsümü “Fənərbaxça”da icarədə keçirmiş Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü “Atletiko”dan birdəfəlik ayrılıb.

Arena.az xəbər verir ki, “Fənərbaxça” 28 yaşlı futbolçunun transfer hüquqlarını da alıb.

Bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. “Fənərbaxça” mərkəz müdafiəçisinin transfer hüquqlarını almaq üçün 8,5 milyon avrosundan keçib. Klub bu məbləğin Madrid “Atletiko”suna qarşıdakı 4 il ərzində 7 hissəyə bölünərək ödəniləcəyini bəyan edib.

Çağlar “Fənərbaxça” ilə 3+1 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Çağlar Söyüncü 2023-cü ilin iyul ayından Madrid təmsilçisində çıxış etsə də, bu komandanın heyətində cəmi 9 rəsmi matça çıxıb. 28 yaşlı müdafiəçinin “Fənərbaxça” karyerası isə 16 oyun, 2 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Çağlar “Atletiko”dan öncə “Lester Siti”, “Frayburq”, “Altındordu” kimi klubların da formasını geyinib. O, Türkiyənin müxtəliş yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2016-cı ilin martında əsas millidə debüt edib. Müdafiəçi yığmada indiyə qədər 55 oyuna çıxıb, 2 qola da imza atıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: