İdman Arbitraj Məhkəməsi (CAS) fransalı yarımmüdafiəçi Pol Poqbanın dopinq istifadəsinə görə cəza müddətinin azaldılmasını əsaslandırıb.
Arena.az İdman Arbitraj Məhkəməsinin mətbuat xidmətinə istinadən, müvafiq açıqlamanı təqdim edir:
“CAS rəyasət heyəti öz qərarını Poqbanın qəsdən dopinq qəbul etmədiyini təsdiqləyən sübut və sənədlərlə əsaslandınır. Bu, Floridada həkimin ona təyin etdiyi əlavənin səhvən qəbulunun nəticəsidir. Futbolçu bu həkimdən zəmanət alıb ki, o, ABŞ-da bir neçə yüksək səviyyəli idmançını müalicə edib və Poqbanın antidopinq öhdəliklərindən xəbəri var”, – sənəddə deyilir.
Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq müayinəsindən müsbət nəticə ilə keçib. Fevralın 29-da antidopinq məhkəməsi Poqbanın 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın futbolçu fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra, fransalı futbolçu müvafiq qərardan apellyasiya şikayəti vemişdi. Artıq məlum olduğu kimi, nəticədə Poqbanın cəza müddəti 4 il müddətindən 1 il 6 aya endirilib.


