Cek Daymond zorlama ittihamı üzrə işdə bəraət aldı

“Sanderlend”in 23 yaşlı ingilis sol vingeri Cek Daymond daha əvvəl zorlama ittihamı üzrə təqsirləndirildiyi işdə bəraət alıb.

Arena.az bu barədə “Sky Sports” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, yanvarın 7-də məhkəmə Ceki təqsirləndirildiyi maddələr üzrə təqsirsiz hesab edib. Məhkəmə işə 15 dəqiqə ərzində əncam çəkib. Hökm elan edildikdən sonra tribunadan alqış sədaları yüksəlib. Cek isə oturub başını ikəlli tutaraq uşaq kimi hönkürtü ilə ağlayıb.

Xatırladaq ki, daha əvvəl Cek Daymondun 2022-ci ilin may ayında “Tinder” şəbəkəsi vasitəsilə tanış olduğu qadını evinə dəvət edərək zorladığı bildirilmişdi.

Eyni zamanda, “Sanderlend” bu rüsvayçı xəbərin məhkəmə tərəfindən ayırd edilmsinə qədər, futbolçunun ötən ilin martında ittiham edildiyi gündən Cek Daymondu komandadan kənarlaşdırmışdı.

Xatırladaq ki, Cek Daymond “Sanderlend”in öz yetirməsidir. 23 yaşlı vinger “Harroget Taun” və “Linkoln Siti” klublarında icarədə də olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: