“Çelsi” azarkeşləri klubun yeni rəhbərliyini tənqid edir və klubun keçmiş sahibi Roman Abramoviçin geri qaytarılmasını tələb edirlər.
Arena.az məlumat verir ki, sosial şəbəkələrdə bu xüsusda söz-söhbət baş alıb gedir.
Son vaxtlar komandanın uğursuz çıxışları mənzərəsində “zadəganlar”ın pərəstişkarları arasında bu haqda söhbətlər daha da baş qaldırıb:
“Abramoviçi geri gətirin və o, 24 saatdan az müddətdə hər şeyi geri qaytaracaq” – istifadəçi ASIPITA yazıb.
“Elə gün yoxdur ki, Abramoviç haqqında düşünməyim. Mənə onu geri ver, sən, axmaq, Bouli” – istifadəçi Ary söhbətə qoşulub.
“Abramoviç dövrünün “Çelsi”si, rahat yat” – istifadəçi NNAEMEKA ORGU cavablayıb.
“Mən kimi geri qaytarardım? Biz Mourinyosuz Çempionlar Liqası da daxil olmaqla çoxlu qənimətlər qazandıq. Biz Yeva Korneyrosuz bir neçə qənimət qazandıq. Tanrım mənim, mən Hazardı sevirəm, amma onsuz biz Liqanı da qazandıq. Ancaq bizim Don Abramoviçimiz olmadan biz tamamilə çıxılmaz vəziyyətdəyik. Bu, hazırda sadə seçimdir”, – isrifadəçi kostabravo19 duyğusal mövqeyi ilə diqqət çəkib.
Hazırda “Çelsi” Premyer Liqada keçirdiyi 18 oyundan 22 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Premyer Liqaya 40 xalla “Arsenal” başçılıq edir. Bununla belə, “zadəganlar” cari mövsümdə avrokuboklarda iştirak etmirlər. London nəhənginin bu mövsüm səciyyəvi cəhəti qeyri-sabit çıxışlardan ibarətdir.


