İngiltərənin “Çelsi” klubu müdafiəçisi Mark Qehi ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, “zadəganlar” 21 yaşlı futbolçunu Premyer Liqanın digər təmsilçisi “Kristal Pelas”a satıb.
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. İngiltərənin U-21 yığmasının da üzvü olan futbolçu, yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
“Zadəganlar”ın yetirməsi olan müdafiəçi ötən mövsümü icarə əsasında “Suonsi Siti”də keçirib.
“Kristal Pelas” Mark Qehi üçün “Çelsi”yə 23 milyon avro ödəyib.


