“Çelsi” baş məşqçisi Maurisio Poçettinonu maliyyə feyr-pleyinin mümkün pozulması səbəbindən mövsümün ortasında istefaya göndərmək istəmir.
Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, argentinalı mütəxəssislə müqavilənin indi ləğvi “Çelsi”yə 12 milyon avrodan azacıq başa gələcək.
Maurisio Poçettino 2023-cü ilin yayından “Çelsi”ni çalışdırır. Argentinalı mütəxəssisin rəhbərliyi altında “zadəganlar” bütün yarışlarda 31 oyun keçiriblər, 15 qələbə, 5 heç-heçə və 11 məğlubiyyət yaşayıblar.
İngiltərə Premyer Liqasında keçirdiyi 23 oyundan sonra “Çelsi” 31 xalla 11-ci pillədə qərarlaşıb. Belə görünür ki, “zadəganlar” milli çempionat vasitəsilə gələn mövsüm avrokuboklarda iştirak imkanını itirə bilərlər.
Eyni zamanda, “zadəganlar” fevralın 25-də “Liverpul”la qarşılaşacaqları İngiltərə Liqa Kubokunun finalına vəsiqə qazanıblar. “Çelsi” də fevralın 7-də İngiltərə Kubokunun 4-cü mərhələsində “Aston Villa” ilə qarşılaşacaq.
Xatırladaq ki, “Çelsi” cari mövsümdə avrokuboklarda iştirak etmir.


