Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin qarşılaşmalarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turnirin favoritləri “Mançester Siti” ilə “Real” səfər oyununa çıxıblar. Qitənin ən nüfuzlu klub turnirinin sonuncu qalibi olan İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda “şəhərlilər” inamlı qələbəyə seviniblər.
İspaniya nəhəngi “Real” isə Almaniyada yerli “Leypsiq”lə üz-üzə gəlib. Bu oyunun taleyini bir qol həll edib. Madrid təmsilçisi də səfərdə baş tutan ilk oyundan qələbə ilə ayrılmağa nail olub.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşləri martın 6-da keçiriləcək.
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin qalan ilk oyunları 14, 20 və 21 fevralda keçiriləcək. Bu mərhələyə mart ayında keçiriləcək cavab qarşılaşmaları ilə yekun vurulacaq.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
13 fevral
“Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə) 1:3
Qollar: Maqnus Mattsson, 34 – Kevin de Bröyne, 10. Bernardo Silva, 45+1.
Baş hakim: Xose Mariya Martines (İspaniya).
Kopenhagen, “Parken” stadionu.
“Leypsiq” (Almaniya) – “Real” (İspaniya) 0:1
Qol: Brahim Dias, 48.
Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina).
Leypsiq, “RB Arena”.


