Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab matçı İngiltərədə baş tutub.
Burada “Mançester Siti” Fransa çempionu PSJ ilə üz-üzə gəlib. İlk oyunda rəqibinə səfərdə qalib gəlmiş mançesterlilər bu üstünlüyü doğma meydanda qorumağı hədəfləmişdilər. Fransızlar isə mərhələ adlamaq üçün azı iki top fərqi ilə qalib gəlməliydilər. Amma öz meydanında da qələbəyə sevinən “Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasında finala yüksəlib.
Qeyd edək ki, digər yarımfinal oyunu sabah “Real” (İspaniya) ilə “Çelsi” (İngiltərə) arasında baş tutacaq.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
4 may
Mançester Siti – PSJ 2:0
Qol: R.Mahrez, 11; 63.
Baş hakim: Byörn Kuypers (Niderland).
Mançester. “Etihad” stadionu.
İlk oyun – 2:1.
Mançester Siti: Ederson, Kayl Uolker, Ruben Dias, Con Stounz, Aleksandr Zinçenko, Fernandinyo, İlkay Gündoğan, Kevin de Breyne, Bernardo Silva, Riyad Mahrez, Fil Foden.
Ehtiyat oyunçular: Zak Steffen, Skott Karson, Natan Ake, Emerik Lyaport, Benjamen Mendi, Joao Kanselo, Rodri, Ferran Torres, Rahim Sterlinq, Qabriel Jezus, Serxio Aquero.
PSJ: Keylor Navas, Alessandro Florensi, Markinyos, Presnel Kimpembe, Abdu Diallo, Ander Errera, Leandro Paredes, Marko Verratti, Anxel Di Mariya, Neymar, Mauro İkardi.
Ehtiyat oyunçular: Serxio Riko, Matias Randriamami, Tilo Kerer, Layven Kurzava, Mitçell Bakker, Kolin Daqba, Danilo Pereyra, Rafinya, Yulian Draksler, Pablo Sarabiya, Moyze Ken, Kilian Mbappe.


