Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Almaniyanın “Borussiya” (Dortmund) komandası doğma meydanda İspaniya nəhəngi “Barselona”nı qəbul edib. Bu komandalar arasında Kataloniyada keçirilmiş ilk oyunda ispanlar böyük hesabla qalib gəlmişdilər. Cavab görüşündə almanlar inamlı qələbəyə sevinsələr də, bu, mərhələ adlamaq üçün yetərli olmayıb. Nəticədə “Barselona” yarımfinala yüksəlib.
Fransa nəhəngi PSJ isə İngiltərədə “Aston Villa”nın qonağı olub. Bu komandaların ilk oyununda da Paris təmsilçisi inamlı qələbəyə sevinmişdi. Cavab görüşü məhsuldar alınıb. Yekunda qələbəni “Aston Villa” qeyd etsə də, növbəti mərhələyə yüksələn tərəf PSJ olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 finalın digər iki cavab görüşü sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
15 aprel
“Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya) 3:1
Qollar: Seru Girassi, 11-pen; 49; 76 – Bensebaini, 54-öz qapısına.
İlk oyun – 0:4.
“Aston Villa” (İngiltərə) – PSJ (Fransa) 3:2
Qollar: Yuri Tilemans, 34. Makqin, 55. Konsa, 58 – Əşrəf Hakimi, 11. Nuno Mendes, 27.
İlk oyun – 1:3.


