Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 5-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupları çərçivəsində 8 qarşılaşma baş tutacaq.
E qrupunda “Latsio” İtaliyada Şotlandiya “Seltik”ini sınağa çəkəcək. “Feyenoord” isə Niderlandda Madrid “Atletiko”su (İspaniya) ilə üz-üzə gələcək.
F qrupunda İtaliya nəhəngi “Milan” doğma meydanda Dortmund “Borussiya” (Almaniya) ilə münasibətlərinə aydınlıq gətirəcək. Fransa çempionu PSJ isə “Nyukasl”ı (İngiltərə) qəbul edəcək.
G qrupunda ÇL-in son qalibi “Mançester Siti” İngiltərədə Almaniyanın “Leypsiq” komandası ilə qarşılaşacaq. Qrupun digər matçı “Yanq Boyz” (İsveçrə) ilə “Srvena Zvezda” (Serbiya) arasında keçiriləcək.
H qrupunda isə Donetsk “Şaxtyor”u (Ukrayna) “Antverpen”i (Belçika) sınağa çəkəcəksə, “Barselona” da İspaniyada “Portu”nu (Portuqaliya) qəbul edəcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
28 noyabr
E qrupu
21:45. “Latsio” (İtaliya) – “Seltik” (Şotlandiya)
00:00. “Feyenoord” (Niderland) – “Atletiko” (İspaniya)
Xal: Atletiko – 8. Latsio – 7. Feyenoord – 6. Seltik – 1.
F qrupu
00:00. “Milan” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya)
00:00. PSJ (Fransa) – “Nyukasl” (İngiltərə)
Xal: Borussiya – 7. PSJ – 6. Milan – 5. Nyukasl – 4.
G qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Leypsiq” (Almaniya)
00:00. “Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya)
Xal: Mançester Siti – 12. Leypsiq – 9. Srvena Zvezda – 1. Yanq Boyz – 1.
H qrupu
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Antverpen” (Belçika)
00:00. “Barselona” (İspaniya) – “Portu” (Portuqaliya)
Xal: Barselona – 9. Portu – 9. Şaxtyor – 6. Antverpen – 0.


