Çempionlar Liqasında qrup mərhələsinin son turu başlayır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin sonuncu – 6-cı turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupları çərçivəsində 8 qarşılaşma baş tutacaq.

A qrupunda Türkiyə çempionu “Qalatasaray” səfərdə “Kopenhagen”lə (Danimarka) üz-üzə gələcək. Qrupdan çıxmağı təmin etmiş Almaniya nəhəngi “Bayern” isə İngiltərədə “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirəcək.

B qrupunda “Sevilya” (İspaniya) Fransada “Lans”la qarşılaşacaq. Niderlanda isə yerli PSV İngiltərə təmsilçisi “Arsenal”ı qəbul edəcək.

C qrupunda Madrid “Real”ı Almaniyada “Union Berlin”in qonağı olacaq. İspaniya təmsilçisi növbəti mərhələyə vəsiqəni təmin edib. “Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya) görüşündə isə digər vəsiqənin taleyi həll olunacaq.

D qrupunda pley-offa vəsiqə qazanmış iki komanda – “İnter” (İtaliya) və “Real Sosyedad” (İspaniya) qrup liderliyi üçün mübarizə aparacaqlar. Portuqaliya “Benfika”sı da Avstriyanın “Zalsburq” komandası ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasında qrup mərhələsinə sabah – dekabrın 13-də yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
12 dekabr

A qrupu

00:00. “Mançester Yunayted” (İngiltərə) – “Bayern” (Almaniya)
00:00. “Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə)

Xal: Bayern – 13. Kopenhagen – 5. Qalatasaray – 5. Mançester Yunayted – 4.

B qrupu

21:45. “Lans” (Fransa) – “Sevilya” (İspaniya)
21:45. PSV (Niderland) – “Arsenal” (İngiltərə)

Xal: Arsenal – 12. PSV – 8. Lans – 5. Sevilya – 2.

C qrupu

00:00. “Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya)
00:00. “Union Berlin” (Almaniya) – “Real” (İspaniya)

Xal: Real – 15. Napoli – 7. Braqa – 4. Union Berlin – 2.

D qrupu

00:00. “İnter” (İtaliya) – “Real Sosyedad” (İspaniya)
00:00. “Zalsburq” (Avstriya) – “Benfika” (Portuqaliya)

Xal: Real Sosyedad – 11. İnter – 11. Zalsburq – 4. Benfika – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: