Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2022/23 mövsümünün 1/4 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
İtaliyanın “Milan” və “Napoli” klubları birincilərin meydanında üz-üzə gəliblər. Qarşılaşma Milan təmsilçisinin qələbəsiylə yekunlaşıb. İlk hissədə vurulan yeganə qol matçda həlledici olub.
Günün ən maraqlı görüşü isə İspaniyada Madrid “Real”ı ilə İngiltərənin “Çelsi” komandası arasında baş tutub. Bu oyunda da meydan sahibləri inamlı qələbəyə seviniblər. Çempionlar Liqasının sonuncu qalibi uğursuz mövsüm keçirən London təmsilçisinə hər hissədə bir qol vurub.
Xatırladaq ki, bir gün öncə Portuqaliyanın “Benfika” komandası doğma meydanda İtaliyanın “İnter” kollektivinə 0:2 hesabıyla uduzmuşdu. İngiltərənin “Mançester Siti” komandası isə Almaniya nəhəngi “Bayern”lə ev oyununda 3 cavabsız qola sevinmişdi.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşləri aprelin 18-də və 19-da keçiriləcək.
UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün final qarşılaşması Türkiyənin İstanbul şəhərində keçiriləcək. Həlledici matça iyunun 10-da Atatürk Olimpiya Stadionu ev sahibliyi edəcək. Yarımfinal görüşləri isə 9-10 və 16-17 mayda baş tutacaq.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
12 aprel
Milan (İtaliya) – Napoli (İtaliya) 1:0
Qol: Bennaser, 40.
Qırmızı vərəqə: Anqissa, 74 (“Napoli”).
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Milan. “San Siro” stadionu.
Real (İspaniya) – Çelsi (İngiltərə) 2:0
Qol: Benzema, 22. Asensio, 74.
Qırmızı vərəqə: Çilluel, 59 (“Çelsi”).
Baş hakim: Fransua Leteksye (Fransa).
Madrid. “Santyaqo Bernabeu” stadionu.


