Çempionlar Liqasında son 2 yarımfinalçı – “Arsenal” və “İnter”

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, mərhələnin sonuncu oyun günündə son iki yarımfinalçı müəyyənləşib.

İspaniya nəhəngi “Real” doğma meydanda “Arsenal”la üz-üzə gəlib. Madrid təmsilçisi İngiltərə klubuna səfərdə 3 cavabsız qolla uduzduğu üçün mərhələ adlamaq şansları yüksək qiymətləndirilmirdi. Üç qolun qeydə alındığı cavab görüşü də “topçular”ın xeyrinə yekunlaşıb. Beləcə, “Arsenal” yarımfinala çıxdığı halda “Real” mübarizəni dayandırıb.

Almaniya nəhəngi “Bayern” isə İtaliyada “İnter”in qonağı olub. Bu komandalar arasında keçirilmiş ilk oyun da Milan təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı. Dörd qolluq cavab görüşündə bərabərlik qeydə alınıb. Bu nəticə “İnter”i yarımfinala daşıyıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə aprelin 29-da start veriləcək. Finala vəsiqə uğrunda “İnter” “Barselona” ilə, “Arsenal” isə PSJ ilə mübarizə aparacaq.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları

16 aprel


“Real” (İspaniya) – “Arsenal” (İngiltərə) 1:2
Qollar: Vinisius, 67 – B.Saka, 65. Q.Martinelli, 90+3.
İlk oyun – 0:3.

“İnter” (İtaliya) – “Bayern” (Almaniya) 2:2
Qollar: L.Martines, 58. B.Pavar, 61 – H.Keyn, 52. E.Dayer, 76.
İlk oyun – 2:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: