Çempionlar Liqasında yarımfinala start verildi: Madriddə heç-heçə

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün yarımfinal mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

İlk qarşılaşma turnirin əsas favoritlərindən hesab olunan İngiltərənin “Mançester Siti” komandası ilə İspaniya nəhəngi “Real” arasında keçirilib. Madriddə baş tutan bu görüşdə hesabı meydan sahibləri açıblar. Amma qonaqlar fasilədən sonra hesaba tarazlıq gətirməyi bacarıblar. Başqa qol qeydə alınmadığından tərəflər ilk oyunda qalibi müəyyənləşdirə bilməyiblər.

Qeyd edək ki, digər yarımfinal görüşü sabah İtaliya təmsilçiləri “Milan” və “İnter” arasında baş tutacaq. Yarımfinalın cavab oyunları isə mayın 16-17-də keçiriləcək.

UEFA Çempionlar Liqasında həlledici oyun bu mövsüm Türkiyənin İstanbul şəhərində keçiriləcək. Final matçına iyunun 10-da Atatürk Olimpiya Stadionu ev sahibliyi edəcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
9 may

Real (İspaniya) – Mançester Siti (İngiltərə) 1:1
Qollar: Vinisius Junior, 36 – Kevin de Breyne, 67.
Baş hakim: Artur Dias (Portuqaliya).
Madrid. “Santyaqo Bernabeu”.

Real: Tibo Kurtua, Daniel Karvaxal, David Alaba, Antonio Rüdiger, Eduardu Kamavinqa, Toni Kroos (Orelyen Çuameni, 84), Luka Modriç (Naço Fernandes, 87), Federiko Valverde, Rodriqo (Marko Asensio, 81), Kərim Benzema, Vinisius Junior.
Ehtiyat oyunçular: Andrey Lunin, Luis Lopes, Xesus Valyexo, Alvaro Odriosola, Lukas Vaskes, Eden Hazard, Mariano Dias.
Baş məşqçi: Karlo Ançelotti.
Mançester Siti: Ederson, Kayl Uoker, Manuel Akanci, Ruben Dias, Con Stounz, Rodri, Bernardo Silva, İlkay Gündoğan, Kevin De Bruyne, Cek Qriliş, Erlinq Haland.
Ehtiyat oyunçular: Ştefan Orteqa, Skott Karson, Emerik Laport, Riko Lyoris, Serxio Qomes, Kelvin Fillips, Koul Palmer, Riyad Mahrez, Fil Foden, Xulian Alvares.
Baş məşqçi: Xosep Qvardiola.

Xəbəri sosial şəbəkələrdə paylaş: