“Sabah” yarımmüdafiəçisi Ceyhun Nuriyev ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu varədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçu ilə bağlanmış yeni anlaşmanın müddəti 2024-cü ilin iyun ayına kimidir.
Ceyhun Nuriyev “Sabah”ın əsas komandasına 2020-ci ildə U-19 komandasından cəlb olunub. Onun əvvəlki müqaviləsinin müddəti bu yaya qədər idi. Gənc futbolçu bu komandanın heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 23 oyun keçirib, 2 qola imza atıb.
“Sabah” daha öncə Boyan Letiç, Aleksey İsayev, Elvin Camalov və Bəxtiyar Həsənalızadə ilə də yeni müqavilə imzalamışdı. Paytaxt klubu bu yay Slavik Alxasov, Şpiro Periçiç, Xulio Sezar Rodriqes, Səlahət Ağayev, Xuan Kamara ilə də yollarını ayırıb. Samir Məhərrəmli “Kəpəz”ə, Veysəl Rzayevlə Şakir Seyidov isə “Turan Tovuz”a icarəyə verilib. Yeni transfer olunan futbolçular isə bunlardır: Tellur Mütəllimov, Anatoli Nuriyev, Davit Volkov, Namik Ələskərov. “Qəbələ”dəki icarə müddəti bitən Nicat Mehbalıyev də komandanın düşərgəsinə qayıdıb.


