Ceyhun Nuriyev “Sabah”ı “Zirə”yə dəyişdi

“Sabah”ın yarımmüdafiəçisi Ceyhun Nuriyev Azərbaycan Premyer Liqasının digər təmsilçisi “Zirə”yə transfer edilib.

Arena.az xəbər verir ki, bu barədə “Zirə”nin rəsmi saytı məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçiylə 2,5 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Xatırladaq ki, Ceyhun Nuriyev “Sabah”ın yetirməsidir. O, bu klubun əsas komandasına 2020-ci ildə U-19 komandasından cəlb olunub. Ceyhunun paytaxt təmsilçisi ilə 2024-cü ilin iyun ayına kimi müqaviləsi var idi. Bu üzdən klubların bu transferlə bağlı necə razılığa gəldiyi maraq doğurur.

Nuriyev “Sabah”ın əsas komandasında bütövlükdə 54 oyun keçirib. O, bu oyunlarda 4 qola imza atıb, 5 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: