Coşqun Diniyev oynadı, komandası darmadağınla mərhələ adladı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Türkiyə Kubokunun 3-cü mərhələsi çərçivəsində bu gün keçirilmiş “Orduspor 1967” ilə oyunun iştirakçısı olub.

“Ümraniyəspor” doğma meydanda baş tutan bu oyundan qələbə (5:1) ilə ayrılıb və növbəti mərhələyə vəsiqə qazanıb.

Coşqun bu oyunun 77-ci dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 11 oyuna çıxıb, 1 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: