Coşqun Diniyev yenə qol vurdu, komandası qalib gəldi – Video

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 15-ci turu çərçivəsində baş tutan “Keçiörengücü” ilə oyunun iştirakçısı olub.

“Ümraniyəspor” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:0. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki beşinci qələbəsidir.

Coşqun bu oyuna start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da Diniyev vurub. O, 71-ci dəqiqədə penaltidən fərqlənməklə matçda son nötqəni qoyub. İlk qolda da məhz Coşqunun uzaqdan zərbəsi nəticəsində qapıçının geri qaytardığı topu komanda yoldaşı tora qovuşdurub. Penalti epizodunda da Diniyevin başlatdığı künc zərbəsindən sonra rəqib futbolçu cərimə meydançasında topa əllə müdaxilə edib.

Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 16 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

15 turdan sonra “Ümraniyəspor” 18 xalla 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: