Coşqun Diniyevi transfer etdiyini rəsmən açıqladı – Türkiyə klubu

Türkiyənin “Ümraniyəspor” klubu futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevi transfer etdiyini rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub Coşqun Diniyevlə prinsipial razılıq əldə edib. Futbolçu tibbi müayinələrdən keçdikdən sonra bu transfer rəsmiyyətə qovuşacaq.

Xatırladaq ki, geridə qalan mövsümü “Zirə”də keçirmiş Coşqun müqaviləsinin müddəti bitdiyi üçün azad agent statusu almışdı. O, iyunun 21-də “Səbail”lə müqavilə bağlasa da, “Ümraniyəspor”dan aldığı təklifə görə cəmi 2 gün sonra paytaxt klubundan ayrılmağa qərar verib. “Dənizçilər” də futbolçunun xarici klubdan təklif aldığını nəzərə alaraq, problem yaratmayıb və Coşqun Diniyevi Türkiyə təmsilçisinə buraxıblar.

Diniyev 2021-ci ilin avqust ayından “Zirə”də forma geyinirdi. O, “qartallar”ın heyətində meydana çıxdığı 65 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. 27 yaşlı futbolçu daha öncə “Qarabağ” (100 oyun, 3 qol, 2 assist), “Sabah” (54 oyun, 2 qol, 1 assist) və “Şamaxı”da (34 oyun, 2 qol) da forma geyinib. Yarımmüdafiəçi Azərbaycan yığmasında da 14 oyun keçirib.

“Ümraniyəspor” isə ötən mövsümü Super Liqada keçirib. Lakin komanda mövsümün yekunlarına əsasən elitanı tərk edib və qarşıdakı mövsümdə TFF 1-ci Liqada mübarizə aparacaq. Heyətində köklü dəyişikliklər olan komandanın baş məşqçisi Mustafa Erdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: