Daniel Farke daha 4 il “Norviç Siti”ni çalışdıracaq

İngiltərənin “Norviç Siti” klubu baş məşqçisi Daniel Farke ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssislə yeni müqavilənin müddəti 4 ildir. Bununla da o, 2025-ci ilin yayına kimi sözügedən komandadakı işini davam etdirəcək.

Daniel Farke 2017-ci ildən “Norviç Siti”ni çalışdırır. Daha öncə Dortmund “Borussiya”sının ikinci komandasında çalışmış alman mütəxəssis, İngiltərə təmsilçisini 195 matça çıxarıb. Sözügedən kollektiv bu oyunlarda 85 qələbə qazanıb, 47 heç-heçəyə razılaşıb, 63 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: