David De Xea qalmağa razıdır, “Mançester Yunayted” isə…

“Mançester Yunayted”in İspaniyadan olan 32 yaşlı qapıçısı David de Xea “qırmızı şeytanlar”la çətin anlar yaşayır.

Arena.az bu barədə “The Athletic”ə istinadən xəbər verir.

Məlumata görə, David de Xea maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razılaşaraq “Mançester Yunayted”lə yeni müqavilə imzalamağa razılaşsa da, klub müqaviləni imzalamaqdan imtina edib. “Qırmızı şeytanlar” qapıçıya daha da aşağı məvaciblə müqavilə təklif ediblər.

Əlacsız De Xeanın yeni təklifi nəzərdən keçirdiyi bildirilir. Qapıçı hələ razılığını verməyib. Cari müqaviləyə əsasən, De Xea həftədə 403650 avro qazanır. Bu müqavilənin müddəti iyunun 30-da başa çatacaq.

De Xea “Mançester Yunayted”ə 2011-ci ilin yayında Madrid “Atletiko”sundan keçib. Qapıçı “qırmızı şeytanlar”la birlikdə 2012/2013 mövsümündə Premyer Liqanın, 2016/2017 mövsümündə isə Avropa Liqasının qalibi olub.

2022/2023 mövsümündə De Xea “Mançester Yunayted”in heyətində 58 oyun keçirib, 61 qol buraxıb, 25 oyunda qapısının toxunulmazlığını təmin edib.

“Transfermarkt” internet-portalı De Xeanı 13 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: