Bu gün futbol üzrə DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 13-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Lider Braziliya yığması bu turda Kolumbiya ilə qarşılaşıb və minimal hesabla qalib gəlib. Bununla da, “sambaçı”lar dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
Titenin çalışdırdığı komanda DÇ-yə vəsiqə qazanan 4-cü kollektivdir. Braziliya yığmasından öncə Avropa zonası üzrə seçmə mərhələdə uğurlu çıxışı ilə diqqət çəkən Almaniya və Danimarka yığmaları mundiala vəsiqə qazanmışdı. Ev sahibi Qətərin dünya çempionatındakı iştirakı isə əvvəldən bəllidir.
Bu turun digər oyunlarında Çili Paraqvayla, Venesuela isə Ekvadorla qarşılaşıb. Bu oyunların da taleyini bir qol həll edib. Ekvadorla Çili qələbəyə sevinən tərəf olub. Peru yığması isə Boliviyayla oyunda darmadağınla qalib gəlib.
Tura Uruqvay – Argentina matçıyla yekun vurulacaq.
Qeyd edək ki, gələn il Qətərdə keçiriləcək dünya çempionatı 21 noyabr – 18 dekabr aralığında baş tutacaq.
DÇ-2022-nin seçmə mərhələsi
13-cü tur
12 noyabr
Ekvador – Venesuela 1:0
Qol: Pyero İnkapye, 41.
Paraqvay – Çili 0:1
Qol: Antoni Silva, 56-avtoqol.
Braziliya – Kolumbiya 1:0
Qol: Lukas Paketa, 72.
Peru – Boliviya 3:0
Qol: Canluka Lapadula, 9. Kristian Kueva, 31. Serxio Pena, 39.
14 noyabr
03:00. Uruqvay – Argentina
Xal durumu: Braziliya – 34, Argentina – 25, Ekvador – 20, Çili – 16, Kolumbiya – 16, Uruqvay – 16, Peru – 14, Paraqvay – 12, Boliviya – 12, Venesuela – 7.


