DÇ-2023: Azərbaycan millisi Maltanı səfərdə məğlub etdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi DÇ-2023-ün seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komanda E qrupunda Malta yığmasının qonağı olub.

Ta Qali şəhərində təşkil olunmuş qarşılaşma Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb. Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova meydan sahiblərinin qapısından keçibib. Bu qələbədən sonra Azərbaycan millisi xalını 6-ya yüksəldərək, 4 xala malik Maltanı turnir cədvəlində üstələyib və 4-cü pilləyə qalxıb.

Azərbaycan yığması seçmə mərhələdə sonuncu oyununu sentyabrın 6-da, “Dalğa Arena”da Bosniya və Herseqovina millisinə qarşı keçirəcək.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
2 sentyabr

Malta – Azərbaycan 0:2
Qol: Kristina Bakarandze, 10. Diana Məmmədova, 60.
Hakimlər: Silviya Qasperotti, Veronika Martinelli, Veronika Vettorel, Anna Fratsa (Hamısı İtaliya).
Ta Qali. Mərkəzi stadion. Saat 21:30.

Malta: 1. Janice Xuereb, 4. Emma Lipman (k), 5. Stefania Farrugia, 8. Rachel Cuschieri, 13. Maria Farrugia, 14. Shona Zammit (7. Maya Lucia, 46), 15. Jade Flask (9. Alishia Sultana, 60), 16. Charlene Zammit, 17. Brenda Borg (6. Dorianne Theuma, 46), 20. Nicole Sciberras (10. Raina Giusti, 68), 21. Haley Bugeja.
Ehtiyat oyunçular: 12. Giulia D’Antuono, 23. Patricia Ebejer, 2. Jade Schembri, 3. Ann-Marie Said, 11. Jessica Lee Dimech, 18. Emma Xuereb, 19. Maia Melaine Debono, 22. Rebecca Bajada.
Baş məşqçi: Mark Anthoni Qatt.

Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova, 4. Nigar Mirzəliyeva, 6. Esra Manya (7. Vüsalə Hacıyeva, 86), 7. Manə Mollayeva, 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarandze (8. Firəngiz Teymurova, 86), 13. Nərgiz Hacıyeva (3. Jalə Məhsimova, 68), 16. Nazlıcan Parlak, 18. Alina Dorofeyeva (23. Yeliz Acar, 68), 20. Peritan Bozdağ (5. Ayşən Əhmədova, 52).
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Göknur Güleryüz, 11. Vüsalə Seyfəddinova, 14. Coşqunə Əliyeva, 15. Kamilla Məmmədova, 19. Sona Rəhimova.
Baş məşqçi: Siyasət Əsgərov.

Xal durumu: Danimarka – 27, Bosniya və Herseqovina – 10, Monteneqro – 9, Azərbaycan – 6, Malta – 4, Rusiya – 15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: