DÇ-2023: Azərbaycan millisi mundiala qələbə ilə başladı

Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş dünya çempionatında (DÇ-2023) ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu millimiz startda İraq yığması ilə üz-üzə gəlib.

Yığmamız bu oyunda 2:0 hesablı qələbə qazanıb. Komandamızın heyətində Mirmehdi Rzayev və Elvin Əlizadə fərqləniblər.

Qrupun digər qarşılaşmasında Misir yığması Küveyti eyni hesabla üstələyib.

Xatırladaq ki, Azərbaycan millisi oktyabrın 29-da Misir, 31-də isə Küveyt yığması ilə qarşılaşacaq.

DÇ-2023
G qrupu
27 oktyabr

Azərbaycan – İraq 2:0
Qollar: Mirmehdi Rzayev, 16. Elvin Əlizadə, 28.

Xəbəri sosial şəbəkələrdə paylaş: