Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş dünya çempionatında (DÇ-2023) növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu millimiz ikinci oyununda Misir yığması ilə üz-üzə gələcək.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:30-da start veriləcək.
Xatırladaq ki, G qrupunda yer alan Azərbaycan millisi ilk oyununda İraqla qarşılaşmış və 2:0 hesabıyla qalib gəlmişdi. Misir yığması da ilk turda Küveyti eyni hesabla üstələyib.
Yığmamız qrup mərhələsinin son turu çərçivəsində oktyabrın 31-də Küveytlə qarşılaşacaq.
DÇ-2023
G qrupu
29 oktyabr
18:30. Azərbaycan – Misir
BƏƏ. Ras Əl-Xayma şəhəri.


