Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş dünya çempionatında (DÇ-2023) növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu millimiz üçüncü oyununda Küveyt yığması ilə üz-üzə gələcək.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. İlk iki görüşdə qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən son Avropa çempionuna növbəti raunda qrup birincisi kimi adlamaq üçün heç-heçə də kifayət edəcək.
Xatırladaq ki, G qrupunda yer alan Azərbaycan millisi əvvəlki oyunlarında İraq (2:0) və Misir (4:1) üzərində qələbələrə sevinib.
Bu gün qrupun digər oyununda Misir və İraq yığmaları üz-üzə gələcəklər.
DÇ-2023
G qrupu
31 oktyabr
21:00. Azərbaycan – Küveyt
BƏƏ. Ras Əl-Xayma şəhəri.
Xal: Azərbaycan – 6. Misir – 3. Küveyt – 1. İraq – 1.


