DÇ-2026: Avropa üzrə seçmə mərhələ yekunlaşdı

Bu gün keçiriləcək oyunlarla futbol üzrə növbəti dünya çempionatının (DÇ-2026) Avropa üzrə seçmə mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə B, C, E, H, J qrupları üzrə ümumilikdə 10 qarşılaşma baş tutub.

B qrupunda son turun oyunlarında qalib müəyyənləşməyib. Nəticədə İsveçrə birinci yeri tutaraq mundiala birbaşa vəsiqə qazanıb, Kosovo isə ikinci yerlə pley-offda iştirak hüququ qazanıb.

C qrupunda Şotlandiya prinsipial matçda Danimarkanı məğlub etməklə DÇ-nin final mərhələsinə vəsiqə qazanıb. Danimarka yığması isə liderliyi əldən verdiyi üçün pley-offda oynamaq məcburiyyətində qalıb.

E qrupunun mərkəzi oyununda lider İspaniya əsas izləyicisi Türkiyə millisini qəbul edib. Dörd qolluq oyunda qalib müəyyənləşməyib. Nəticədə ispanlar mundialda iştirakı təmin ediblər, Türkiyə yığması isə pley-offda mübarizə aparacaq.

H qrupunda da Avstriya yığması əsas izləyicisi Bosniya və Herseqovina ilə ev oyunundakı heç-heçə sayəsində DÇ-final mərhələsində iştirakını rəsmiləşdirib. Bosniyalılar isə pley-offda iştirak edəcəklər.

J qrupunda lider Belçika son oyunda Lixtenşteyni darmadağın etməklə sürprizə imkan verməyib və mundiala vəsiqəni təmin edib. Uels yığması da Şimali Makedoniya ilə ev oyunundakı darmadağın sayəsində pley-offa vəsiqə qazanıb.

DÇ-2026-nın seçmə mərhələsi

18 noyabr

B qrupu

İsveç – Sloveniya 1:1
Qollar: Lundqren, 87 – Elsnik, 64.

Kosovo – İsveçrə 1:1
Qollar: Musliya, 74 – Varqas, 47.

Xallar: İsveçrə – 14. Kosovo – 11. Sloveniya – 4. İsveç – 2.

C qrupu

Şotlandiya – Danimarka 4:2
Qollar: Maktominey, 3. Şenklend, 78. Tirni, 90+3. Maklin, 90+9 – Höylund, 57-pen. Dorqu, 82.

Belarus – Yunanıstan 0:0

Xallar: Şotlandiya – 13. Danimarka – 11. Yunanıstan – 7. Belarus – 2.

E qrupu

Bolqarıstan – Gürcüstan 2:1
Qollar: Rusev, 10. Krastev, 24 – Loxoşvili, 88.

İspaniya – Türkiyə 2:2
Qollar: Olmo, 4. Oyarsabal, 62 – D.Gül, 42. S.Özcan, 54.

Xallar: İspaniya – 16. Türkiyə – 13. Gürcüstan – 3. Bolqarıstan – 3.

H qrupu

Avstriya – Bosniya və Herseqovina 1:1
Qollar: Qreqoriç, 78 – Tabakoviç, 12.

Rumıniya – San Marino 7:1
Qollar: D.Rossi, 13-öz qapısına. Bayaram, 29. Man, 42. Valentini, 57-öz qapısına. Haci, 76. Ratiu, 82. Munteanu, 86-pen – Cakopetti, 2.

Xallar: Avstriya – 19. Bosniya və Herseqovina – 17. Rumıniya – 13. Kipr – 8. San Marino – 0.

J qrupu

Belçika – Lixtenşteyn 7:0
Qollar: Vanaken, 3. Doku, 34; 41. Mexele, 52. Salemakers, 55. De Keletare, 57; 59.

Uels – Şimali Makedoniya 7:1
Qollar: H.Uilson, 18-pen; 75; 81-pen. Bruks, 21. B.Conson, 37. D.Ceyms, 75. Brodhed, 88 – Miovski, 23.

Xallar: Belçika – 18. Uels – 16. Şimali Makedoniya – 13. Qazaxıstan – 8. Lixtenşteyn – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: