DÇ-2026: Avstriya 10, Danimarka 6 cavabsız qola sevindi

Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, dörd qrup üzrə bütövlükdə səkkiz qarşılaşma baş tutub.

G qrupunda yer almış Niderland yığması Maltanın qonağı olub və 4 cavabsız qolla qalib gəlib. Farer adaları da növbəti sürprizə imza ataraq bu dəfə Monteneqronu 4:0 hesabıyla üstələyib. Danimarka yığması səfərdə Belarusu 6 cavabsız qolla məğlub edib. Avstriya yığması isə San Marino ilə görüşdə 3 xalı 10 cavabsız qolla qazanıb.

Günün ən maraqlı oyunlarından biri L qrupunda yer almış Çexiya və Xorvatiya yığmaları arasında keçirilib. Lakin tərəflər bu oyundan qolsuz ayrılıblar.

DÇ-2026-nın seçmə mərhələsi
9 oktyabr

C qrupu

Belarus – Danimarka 0:6
Qollar: Frohold, 14. Höylund, 19; 45. Dorqu, 45+6. Dreyer, 66; 78.

Şotlandiya – Yunanıstan 3:1
Qollar: Kristie, 64. Ferquson, 80. Dikes, 90+3 – Tsimikas, 62.

Xallar: Danimarka – 7. Şotlandiya – 7. Yunanıstan – 3. Belarus – 0.

G qrupu

Finlandiya – Litva 2:1
Qollar: Kallman, 48. Marxiyev, 55 – Sirvis, 25.

Malta – Niderland 0:4
Qollar: Qakpo, 12-pen; 48-pen. Reynders, 57. Depay, 90+3.

Xallar: Niderland – 13. Polşa – 10. Finlandiya – 10. Litva – 3. Malta – 2.

H qrupu

Kipr – Bosniya və Herseqovina 2:2
Qollar: Laifis, 45+1. Pittas, 90+6-pen – Katiç, 10. Mixail, 36-öz qapısına.

Avstriya – San Marino 10:0
Qollar: Şmid, 7. Arnautoviç, 8; 47; 83; 84. Qreqoriç, 24. Poş, 30; 42. Laymer, 45. Vurmbrand, 76.

Xallar: Avstriya – 15. Bosniya və Herseqovina – 13. Rumıniya – 7. Kipr – 5. San Marino – 0.

L qrupu

Çexiya – Xorvatiya 0:0

Farer adaları – Monteneqro 4:0
Qollar: Sorensen, 16; 55. Frederiksberq, 36; 72-pen.

Xallar: Xorvatiya – 13. Çexiya – 13. Farer adaları – 9. Monteneqro – 6. Cəbəllütariq – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: