DÇ-2026: İtaliya biabırçı məğlubiyyətlə başladı

Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qrup üzrə 6 qarşılaşma baş tutub.

I qrupunda yer almış İtaliya millisi seçmə mərhələdəki ilk oyununda qrup lideri Norveçlə qarşılaşıb. “Skuadra adzurra” bu görüşdə darmadağına üzülüb. Qrupun digər oyununda İsrail səfərdə Estoniya üzərində inamlı qələbəyə sevinib.

J qrupunda isə Belçika millisi ilk sınağına çıxıb. Bu komanda qrup lideri Şimali Makedoniya yığması ilə üz-üzə gəlib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Qrupun digər oyununda Uels seçməsi Lixtenşteyni 3 cavabsız qolla yenib.

Xorvatiya yığması da seçmə mərhələdəki ilk oyununu L qrupunun autsayderi Cəbəllütariqə qarşı keçirib və darmadağına sevinib. Bu qrupun digər oyununda Çexiya millisi Monteneqronu 2 cavabsız qolla üstələyib.

Xatırladaq ki, D qrupunda Fransa, İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq Azərbaycan millisi seçmə mərhələ oyunlarına sentyabrda start verəcək.

DÇ-2026-nın seçmə mərhələsi
6 iyun

I qrupu

Norveç – İtaliya 3:0
Qollar: Sörlot, 14. Nusa, 34. Haland, 42.

Estoniya – İsrail 1:3
Qollar: Kait, 31 – Biton, 39; 49. Abu Fani, 90-pen.

Xallar: Norveç – 9. İsrail – 6. Estoniya – 3. İtaliya – 0. Moldova – 0.

J qrupu

Uels – Lixtenşteyn 3:0
Qollar: Rodon, 30. H.Uilson, 66. K.Mur, 69.

Şimali Makedoniya – Belçika 1:1
Qollar: Alioski, 86 – De Kuyper, 28.

Xallar: Uels – 7. Şimali Makedoniya – 5. Qazaxıstan – 3. Belçika – 1. Lixtenşteyn – 0.

L qrupu

Çexiya – Monteneqro 2:0
Qollar: Hlojek, 23. Şik, 65.

Cəbəllütariq – Xorvatiya 0:7
Qollar: Paşaliç, 28. Budimir, 30. İvanoviç, 60; 64. Perişiç, 73. Kramariç, 77; 80.

Xallar: Çexiya – 9. Monteneqro – 6. Xorvatiya – 3. Farer adaları – 0. Cəbəllütariq – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: