2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 15-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Kolumbiya – Peru oyununda qapılara qol vurulmayıb. Venesuela millisi isə Boliviya ilə oyunda inamlı qələbəyə sevinib.
Qeyd edək ki, DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci-altıncı yerləri tutacaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
15-ci tur
6 iyun
Ekvador – Braziliya 0:0
Paraqvay – Uruqvay 2:0
Qollar: Qalarsa, 13. Enkizo, 81-pen.
Çili – Argentina 0:1
Qol: X.Alvares, 16.
7 iyun
Kolumbiya – Peru 0:0
Venesuela – Boliviya 2:0
Qollar: Kuelyar, 5-öz qapısına. Rondon, 30.
Xallar: Argentina – 34. Ekvador – 24. Paraqvay – 24. Braziliya – 22. Uruqvay – 21. Kolumbiya – 21. Venesuela – 18. Boliviya – 14. Peru – 11. Çili – 10.


