FIFA 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) rəsmi topunu təqdim edib.
Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
Mundualın topunun dizaynında üç rəng istifadə olunub – qırmızı, mavi və yaşıl. Bu rənglər yarışın ev sahibi ölkələri simvolizə edir. Topun adı “Trionda”dır.
2026-cı ilin dünya çempionatında 48 milli komanda hər birində 4 kollektiv olmaqla 12 qrupa bölünəcək. Qruplarda ilk iki yeri tutacaq iştirakçılar, eləcə də üçüncü yeri tutacaq ən yaxşı 8 komanda pley-offa adlayacaq.
DÇ-2026-da iştirak edəcəyi dəqiqləşmiş 18 komanda var. Onların siyahısını təqdim edirik:
Kanada
Meksika
ABŞ
Avstraliya
İran
Yaponiya
İordaniya
Cənubi Koreya
Özbəkistan
Mərakeş
Tunis
Argentina
Braziliya
Kolumbiya
Ekvador
Paraqvay
Uruqvay
Yeni Zelandiya


