2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində mübarizə davam edir.
Arena.az xəbər verir ki, bu gün 3 qrupda 3-cü turun matçları keçiriləcək.
G, H, K qruplarında ümumilikdə altı matç gerçəkləşəcək. Serbiya, Niderland və Avstriya seçmə mərhələdə ilk görüşünə çıxacaqlar. İngiltərə yığması Andorranın qonağı olacaq, Bosniya və Herseqovina isə San Marinonu qəbul edəcək. Onlar cırtdan ölkələrə qalib gələcəkləri halda, ardıcıl üçüncü qələbələrini qazanacaqlar.
Xatırladaq ki, D qrupunda Fransa, İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq Azərbaycan millisi seçmə mərhələ oyunlarına sentyabrda start verəcək.
DÇ-2026-nın seçmə mərhələsi
Qrup mərhələsi, 3-cü tur
7 iyun
G qrupu
20:00. Malta – Litva
22:45. Finlandiya – Niderland
Xallar: Polşa – 6. Finlandiya – 4. Litva – 1. Niderland – 0. Malta – 0.
H qrupu
17:00. Bosniya və Herseqovina – San Marino
22:45. Avstriya – Rumıniya
Xallar: Bosniya və Herseqovina – 6. Rumıniya – 3. Kipr – 3. Avstriya – 0. San Marino – 0.
K qrupu
20:00. Andorra – İngiltərə
22:45. Albaniya – Serbiya
Xallar: İngiltərə – 6. Albaniya – 3. Latviya – 3. Serbiya – 0. Andorra – 0.


