DÇ-2026: Türkiyə millisi Bolqarıstanla üz-üzə

Futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində bu gün daha 8 qarşılaşma baş tutacaq.

Arena.az xəbər verir ki, E qrupunda yer almış Türkiyə millisi səfərdə Bolqarıstan yığması ilə qarşılaşacaq.

Eyni qrupda İspaniya yığması doğma meydanda Gürcüstanı qəbul edəcək. Portuqaliya yığması İrlandiyanı qəbul edəcəksə, İtaliya millisi Estoniyanın qonağı olacaq.

DÇ-2026-nın seçmə mərhələsi
11 oktyabr

E qrupu
22:45. Bolqarıstan – Türkiyə
22:45. İspaniya – Gürcüstan

Xal: İspaniya – 6. Gürcüstan – 3. Türkiyə – 3. Bolqarıstan – 0.

F qrupu
20:00. Macarıstan – Ermənistan
22:45. Portuqaliya – İrlandiya

Xal: Portuqaliya – 6. Ermənistan – 3. Macarıstan – 1. İrlandiya – 1.

I qrupu
20:00. Norveç – İsrail
22:45. Estoniya – İtaliya

Xal: Norveç – 15. İtaliya – 9. İsrail – 9. Estoniya – 3. Moldova – 0.

K qrupu
17:00. Latviya – Andorra
22:45. Serbiya – Albaniya

Xal: İngiltərə – 15. Albaniya – 8. Serbiya – 7. Latviya – 4. Andorra – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: