Avstraliya Futbol Federasiyası 2034-cü ildə keçiriləcək dünya çempionatına (DÇ-2034) evsahibliyi etmək üçün namizədliyini geri götürüb.
Arena.az xəbər verir ki, bu barədə federasiya rəsmi saytı vasitəsilə bəyanat yayıb.
Bildirilib ki, dünya çempionatını təşkil etmək imkanını araşdırdıqdan sonra buna ehtiyac duyulmayıb: “Bütün amilləri nəzərə alaraq, 2034-cü ildə reallaşacaq mundial üçün ərizə göndərməmək qərarına gəldik”.
Xatırladaq ki, hazırda DÇ-2034-ə evsahibliyi etmək üçün FIFA-ya yalnız Səudiyyə Ərəbistanı rəsmi müraciət ünvanlayıb. Bu ölkəyə başqa rəqibin olub-olmayacağı hələ məlum deyil.


