AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının 8-ci turundakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, sözügedən qurumun mətbuat xidməti buna qədər belçikalı mütəxəssisin fikirlərini yazılı olaraq təqdim edirdi. Bu gün isə AFFA onun şərhlərini videoformatda açıqlayıb.
Belçikalı mütəxəssis açıqlamasında 8-ci turun “İmişli” – “Qəbələ” matçında (2:2) baş hakim İnqilab Məmmədovun verdiyi qərarın doğru olmadığını təsdiqləyib. De Blekerenin fikrincə, Məmmədov müzakirə olunan epizodda “İmişli”nin 14 nömrəli oyunçusu Ronaldoya sarı vərəqə göstərməli imiş.
Beləliklə, Frank de Blekere 8-ci tur çərçivəsində keçirilmiş oyunlardakı mübahisəli epizodları belə şərh edib:


