“Napoli”nin prezidenti Aurelio De Laurentis komandasının İtaliya A Seriyasının cari mövsümündəki uğursuzluqlarını şərh edib.
Arena.az xəbər verir ki, Neapol təmsilçisinin rəhbəri həm də klubun yaxın gələcək üçün transfer planlarından danışıb:
“Oyunçular və məşqçilər bu mövsümə görə məsuliyyət daşımırlar. Bu, mənim təqsirimdir. Yanvarda yeni oyunçular almaqla vəziyyəti düzəldəcəyik”, deyə De Laurentis qısaca bildirib.
Xatırladaq ki, “Napoli” hazırda İtaliya A Seriyasının cari çempionudur. Komanda ötən mövsüm italyan mütəxəssis, hazırda İtaliya yığmasını çalışdıran Luçano Spallettinin rəhbərliyi altında son 33 ildə ilk dəfə İtaliya çempionluğunu qazanıb.
Hazırda “Napoli” A Seriyasında keçirdiyi 18 oyundan sonra 28 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Çempionata 45 xalla “İnter” başçılıq edir.


