De Rossi “Feyenoord”a qarşı cavab oyunu haqda danışdı

“Roma”nın baş məşqçisi Daniele De Rossi “Feyenoord”la Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunu haqda danışıb.

Arena.az “Roma”nın rəsmi saytına istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Əsas odur ki, müdafiədə çox diqqətli olmalıyıq, çünki “Feyenoord” yaxşı oynayan, çoxlu imkanlar yaradan və qollar vuran komandadır. Ardıcıl neçə oyunda qol vurublar, bilmirəm, son vaxtlarda isə yalnız bizə qarşı oyunda qol buraxıblar, ona görə də çətin oyun olacaq.

Onlar yaxşı komandadırlar, ona görə də həmişə olduğu kimi təzyiqlə mübarizə aparmalı olacağıq, amma topa sahib olduğumuz zaman tarazlı olmalı və oyunumuzu yaxşı oynamalıyıq”, deyə De Rossi vurğulayıb.

Xatırladaq ki, komandalar arasında Rotterdamda keçirilmiş ilk oyun 1:1 hedsabı ilə başa çatıb.

“Roma” “Feyenoord”u bu gün, fevralın 22-də “Olimpiko” stadionunda qəbul edəcək. Hakimin başlanğıc fiti Bakı vaxtı ilə 00:00-da (23 fevral) səslənəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: