Deklan Rays rəsmən “Arsenal”da!

İngiltərə millisinin və “Vest Hem”in dayaq yarımmüdafiəçisi Deklan Rays yeni klubu “Arsenal”la rəsmi müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, London təmsilçisi bu barədə klubun rəsmi saytında məlumat yayıb.

24 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb. O, yeni komandasında 41 nömrəli formanı geyinəcək.

Futbolçunun transfer məbləğinin dəqiqliklə göstərilməməsinə rəğmən, bu keçidin Böyük Britaniya rekordu olduğu məlumdur. Əvvəlki rekord 117,5 milyon avroya Cek Qrilişin “Aston Villa”dan “Mançester Siti”yə transferi olub.

Xatırladaq ki, daha əvvəl “Arsenal”ın Rays üçün bonuslar daxil olmaqla, təxminən 122 milyon avro ödəyəcəyi haqda məlumatlar var idi.

24 yaşlı Deklan Rays “Çelsi”nin yetirməsidir, amma 14 yaşından “Vest Hem”də çıxış edib. Ümumilikdə Rays “Vest Hem”in heyətində 245 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə verib. O, geridə qalan mövsümdə “çəkicdöyənlər”lə Avropa Konfrans Liqasının qalibi olub. Yarımmüdafiəçi İngiltərə milli komandasında da 43 oyun keçirib. O, bu matçlarda 3 qol da vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: