“Vest Hem”in baş məşqçisi Devid Moyes karyerası ərzində futbol məşqçilərinin işlərinə yanaşma tərzini necə dəyişdiyini açıqlayıb.
Arena.az şotland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“İndi futbolda yəqin ki, məşqçilərə hörmət azdır. Əvvəlkindən daha az. Hamının: “Sizə çox pul verirlər, bunun müqabiilində siz dözməlisiniz” deməsi asandır. Amma bunun düzgün olub-olmadığına əmin deyiləm”, deyə Moyes vurğulayıb.
Xatırladaq ki, Devid Moyes 2017-ci ildən bu komandaya rəhbərlik edir. 2018-ci ildə “Vest Hem”dən ayrılan məşqçi, 2019-cu ilin dekabrında yenidən bu kluba qayıdıb. Moyes ilk dönəmdə İngiltərə klubunun sükanı arxasında 31 matç (9 qələbə, 10 heç-heçə, 12 məğlubiyyət) keçirib. Sonrakı dövrdə isə o, bu komandanı 228 oyuna çıxarıb. Bu görüşlərdə 102 qələbə, 43 heç-heçə, 83 məğlubiyyət qeydə alınıb.
Qeyd edək ki, Moyes İngiltərə Premyer Liqasında 2023/2024 mövsümü bitən kimi “Vest Hem”dən ayrılacaq. Şotlandiyadan olan 61 yaşlı mütəxəssisin müqaviləsinin müddəti müddəti 2024-cü ilin yayına qədərdir. Klub rəhbərliyi onu postunda saxlamaqda maraqlı deyil. Buna komandanın cari mövsümdəki qeyri-sabit çıxışı səbəb olub.
“Vest Hem” Devid Moyesin rəhbərliyi altında bu mövsüm İngiltərə Premyer Liqasında 36 oyun keçirib. Komanda bu oyunlarda 13 qələbə qazanıb, 13 məğlubiyyətə üzülüb, 10 görüşdə isə heç-heçə qeydə alınıb. Rəqib qapılarından 56 top keçirmiş “Vest Hem” özü 70 qola üzülüb. 49 xala malik komanda mövsümün sonuna 2 tur qalmış 9-cu pillədə qərarlaşıb.


