Fransa yığmasının baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının yarımfinalında İspaniya millisinə məğlubiyyəti şərh edib.
Arena.az məlumat verir ki, “xoruzlar” “qırmızı qəzəbə” 4:5 hesab ilə məğlub olublar.
Didye Deşam qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Bu, Avropa Çempionatındakından fərqli bir oyun idi. Biz topa nəzərət etdiyimiz üçün qürur duya bilərik. Amma hər şey vəziyyətlərin gerçəkləşdirilməsinə dayanır. Biz qollar buraxdıq, amma onların qapıçısı əla qurtarışlar etdi. Onlar indi yüksəlişdədirlər. Amma təkrar edirəm, biz bütün əsas oyunçularımıza malik deyildik. Bəli, biz hesabda böyük fərqlə geridə idik, amma çox layiqli futbol sərgilədik. İspaniya yığması kimi bir komandaya qarşı, bütün xətlərdə yüksəkdə olmaq gərəkdir – bu, bir gerçəkdir”, – “Ekip” nəşrdi 56 yaşlı fransız mütəxəssisdən sitat gətirir.
Yarışın finalına yüksəlmiş İspaniya yığması həlledici oyunda Portuqaliya yığması ilə qarşılaşacaq.
Fransa yığması isə üçüncü yer uğrunda oyunda Almaniya yğması ilə üz-üzə gələcək.


