Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu 3-cü Liqanın 14-cü turu çərçivəsində baş tutan “Elversberq”lə qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. İki qolun qeydə alındığı matç bərabərliklə başa çatıb.
Dmitri Nazarov bu matçın 85-ci dəqiqəsində meydana buraxılıb. O, meydana çıxdıqdan cəmi 3 dəqiqə sonra sarı vərəqə ilə də cəzalanıb.
“Ersgebirge” 14 turdan sonra 11 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


