“Danqannon Svifts”in şimali irlandiyalı 4 futbolçusu Premyer Liqanın oyununa yollanarkən 4 avtomobilin işitirakı ilə yol qəzasına düşüb.
Arena.az BBC-yə istinadən məlumat verir ki, hadisə avqustun 24-də, futbolçular “Ballimen Yunayted”lə oyuna yollanarkən baş verib.
“Xoşbəxtlikdən, heç kim ciddi xəsarət almayıb, amma bu, qarşılaşmaq istəmədiyiniz bir məqamdır”, deyə komandanın baş məşqçisi Rodni MakAri bildirib.
Zərərçəkmiş futbolçuların Deklan Dann, Daniel Uolles, Ceyms Noulz və Tomas Maquayr olduğu bildirilir. Onlar bir neçə qançır və cızıqlarla canlarını qurtarıblar. Eyni zamanda, qəzanın təsirli miqyasını nəzərə alsaq, idmançıların daha ciddi xəsarət almaması yalnız xoşbəxt bir təsadüf olaraq qiymətləndirilir.
Zərərçəkmiş futbolçular oyunda iştirak etməyiblər. Buna rəğmən, “Danqannon Svifts” “Ballimen Yunayted” üzərində 1:0 hesablı qələbə qazana bilib.


