Dortmund “Borussiya”sının idarəedici direktoru Karsten Kramer Səudiyyə Ərəbistanı, Qətər sahibkarlarının futbol klublarını almasından danışıb.
Arena.az “Neue Zürcher Zeitung” dərgisinə istinadən, Kramerin bu barədə fikirlərini təqdim edir:
“Əlbəttə, bəzi şeylər tənqidi qiymətləndirilir, bu, alman tərəfdar mədəniyyətinin bir hissəsidir. Və əlbəttə ki, biz də bir çox məqamlara tənqidi yanaşırıq: məsələn, klubları pul mənbələri tükənməz görünən dövlətlər idarə edəndə. Bizə tarazlıq lazımdır: iqtisadi inkişaf, “50+1” qaydası. Bu o deməkdir ki, alman klubları əcnəbilərə satılmırlar.
Səudiyyə Ərəbistanı şirkətinin “Borussiya”nın sponsorlarından birinə çevriləcəyini güman etmək olarmı? Yox. Pulun haradan gəldiyinə diqqət yetiririk. Hazırkı siyasi şəraitdə Səudiyyə Ərəbistanı və Qətərin gəlişini istisna edirəm”, deyə Kramer vurğulayıb.
Xatırladaq ki, hazırda ən varlı klub 2021-ci ildə Səudiyyə Ərəbistanı hökumətinin İctimai İnvestisiya Fondu tərəfindən satın alınmış “Nyukasl”dır. Fondun sərvəti təxminən 337 milyard avro məbləğində qiymətləndirilir.
PSJ və “Mançester Siti”nin də Qətər və ya Səudiyyə Ərəbistanı sahibləri var.
Hazırda Bundesliqanın 12 turundan sonra Dortmund “Borussiya”sı 24 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Bundesliqaya 34 xalla Leverkuzen “Bayer”i başçıq edir.



