“Dunayska Streda” Bakıda məşqə çıxmaqdan imtina etdi

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Dunayska Streda” Bakıda məşqə çıxmaqdan imtina edib.

Arena.az xəbər verir ki, bu barədə “Zirə”nin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Slovakiya komandasının son məşqinin sabah saat 20:00-da “Dalğa Arena”da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin qonaqların səfər planında dəyişikliklər olub. Onlar Bakıda məşqə çıxmaqdan imtina ediblər.

Xatırladaq ki, “Zirə” – “Dunayska Streda” oyunu iyulun 25-də “Dalğa Arena”da keçiriləcək. Bu görüşə saat 20:30-da start veriləcək. Bu komandaların cavab görüşü isə bir həftə sonra Slovakiyada təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: