“Dunayska Streda” – “Zirə” matçının hakimləri açıqlandı

“Zirə”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Dunayska Streda” ilə keçirəcəyi cavab matçının hakimləri açıqlanıb.

Arena.az xəbər verir ki, Slovakiyada keçiriləcək bu matça Şimali Makedoniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Avqustun 1-də baş tutacaq görüşü Yovan Kaçevski icarə edəcək. Onun köməkçiləri Slaqjan Markoski və Branko Putilin olacaqlar. Dördüncü hakim funksiyasını qadın ədalət təmsilçisi İvana Proykovska yerinə yetirəcək.

Qeyd edək ki, “DAC Arena”da keçiriləcək “Dunayska Streda” – “Zirə” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: