Dünya çempionatına ev sahibliyi etmək üçün ən vacib amillər

Dünya çempionatına ev sahibliyi edəcək ölkələrin seçimində azarkeşlərin hansı amillərə üstünlük verməsini müəyyən edən sorğu keçirilib.

Arena.az xəbər verir ki, sorğunu “Amnesty International” hüquq müdafiə təşkilatının sifarişi ilə “YouGov” həyata keçirib.

Sorğuda 2030-cu il Dünya Kuboku və digər əsas idman tədbirləri üçün məkan seçimi zamanı sorğu iştirakçılarından hansı amillərin əsas olması sorğulanıb.

Sorğuda 15 ölkədən 17 477 nəfər iştirak edib. Sorğuda təqdim edilmiş amillərdən ən çox seçilən variant “təhlükəsizlik və müdafiə” olub. Müfaviq varianta sorğu iştirakçılarının 57 %-i üstünlük verib.

53 % iştirakçı “insan hüquqlarının vəziyyəti” variantına səs verib. Bu seçim 7 ölkədə, xüsusilə İsveçrə (68 %) və Böyük Britaniyada (60 %) ən çox səs toplayıb.

Xatırladaq ki, FIFA 2026-cı ildə ABŞ, Kanada və Meksikanın təşkilatçılığı ilə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkələri seçərkən insan hüquqlarının vəziyyəti meyarını rəhbər tutub.

Bu arada, Səudiyyə Ərəbistanının 2030 və ya 2034-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün Yunanıstan və Misirlə birgə təklif təqdim etmək istədiyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: