Elvin Cəfərquliyev: “Qələbə qrupdakı yerimizi dəyişə bilər”

Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev sabah Ukrayna yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna yığmaları sabah DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada üz-üzə gələcəklər.

“Qarabağ”ın formasını geyinən Elvin Cəfərquliyev bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah çox yaşı komandaya qarşı oynayacağıq. Müəyyən təlimatları almışıq, rəqibi analiz etmişik. Bu oyuna hazırlaşmaq üçün çox vaxtımız yox idi. Amma komanda olaraq yaxşı hazırlaşıb, tam konsentrasiya olub, maksimum nəticə nədirsə, onun üçün üçün çalışacağıq.

Əsas odur ki, psixoloji hazır olaq. Fransa ilə görüşdə çox yorulmuşduq. Yaxşı mübarizə apardıq. Sabah da yaxşı oyun olacaq. Fransa ilə oyunu götürsək, sabahkı görüşdə daha da yorulacağıq. Rəqibi tanıyırıq. Yaxşı komandamız var. Sabah həm ağıllı, həm də özümüzə inamlı şəkildə çıxış etməliyik.

Ukrayna ilə Bakıdakı oyunda yaxşı çıxış etmişdim. Amma əsas olan xal almağımız idi. Öz performansımı kənara qoyuram, əsas komandadır. Motivasiyamız var, özümüzə inamlıyıq. Sabah çox vuruşmalıyıq ki, istədiyimiz nəticəni əldə edək. Qrupda çox çətin komandalar var. Ona görə də sabah qazanacağımız xal, qalibiyyət qrupdakı yerimizi dəyişə bilər. Bunun da ayrıca motivasiyası var”.

Xəbəri sosial şəbəkələrdə paylaş: