Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın “Turan” komandasında rəsmi debüt edib. Arena.az xəbər verir ki, o, Qazaxıstan Premyer Liqasının 11-ci turunda keçirilən “Aksu” ilə səfər matçında meydana çıxıb.
Emil Balayev start heyətdə meydana çıxıb və 90 dəqiqə qapını qoruyub. Beləliklə, yığmamızın qapıçısı yeni komandasında ilk oyununa çıxıb.
Bu görüşdə “Turan” 0:2 hesabı ilə uduzub. Azərbaycanlı qolkiper 18 və 73-cü dəqiqələrdə məyus olub.
Türküstan təmsilçisi 11 turdan sonra 11 xalla 14 komanda arasında 11-ci pillədə qərarlaşıb. Emilin komandasının ehtiyatda da təxirə salınmış bir oyunu var.


